Prezident: “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub

# 16:03
12 may 2021

“Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar gündür. Uzun fasilədən sonra Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

 

APA TV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının açılışında deyib.

 

Dövlət başçısı bildirib ki, biz bu günü səbirsizliklə 30 il gözləmişik: “30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR