Prokurorluğun icra başçısının qalmaqallı müavininə xəbərdarlıq etdi – O, DAHA NƏ İLƏ YADDA QALIB?

# 18:22
4 may 2021

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib.

 

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilib və intizam məsuliyyətinə cəlb edilməsindən ötrü Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.

 

Yeri gəlmişkən, xatırladaq ki, bu, Xalidə Bayramovanın heç də ilk özbaşınalığı deyil. Onun adı bir müddət öncə 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva məsələsində də hallanıb. Yayılan məlumatlara görə, hadisədən sonra Elina Hacıyeva şok vəziyyətində olarkən onu sorğu-suala tutan şəxs məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova olub. Məktəbin direktoru Sevinc Abbasova da məhz bu “dostluq” sayəsində işlədiyi vəzifəyə qədər gəlib yüksəlib.

 

Xalidə Bayramova isə bir zamanlar Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin yaxın kadrı olub. Və məhz onun sayəsində uzun illər vəzifəsini qoruyub saxlaya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR