Püşk atıldı: Millimizin rəqibləri məlum oldu

# 13:06
19 oktyabr 2021

Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

APA TV xəbər verir ki, Niderlandın Zeist şəhərində təşkil olunan mərasimdə 16 komanda 4 qrupa bölünüb.

Püşk zamanı II səbətdə yer alan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. D qrupuna düşən yığmamız Gürcüstan, İspaniya, Bosniya və Herseqovina ilə mübarizə aparacaq. Avropa çempionatı gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək. Qrupda ilk 2 yeri tutacaq komandalar 1/4 finala yüksələcəklər. 

Final mərhələsinə sonuncu vəsiqənin sahibi noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Qeyd edək ki, indiyə qədər İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR