Putin Təhlükəsizlik Şurasında elan etdi - Döyüşmək üçün bu ölkədən muzdlular gətirir
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirir.
APA TV TASS-a istinadən xəbər verir ki, Şurada Ukraynada davam edən hərbi əməliyyatlar müzakirə olunub.
Müdafiə naziri Sergey Şoyqu Rusiyanın NATO ilə qərb sərhədlərini gücləndirəcəyini açıqlayıb.
Bundan başqa, Putin Yaxın Şərqdən Ukraynada döyüşlərə qatılmağa hazır olan könüllülərin döyüş əməliyyatlarına cəlb olunması üçün bölgəyə gətirilməli olduğunu qeyd edib.
"Rusiyaya Ukraynada yardım etməyə hazır olan könüllülərə Yaxın Şərqdən döyüş bölgəsinə çatmaqda yardımçı olmaq lazımdır", - deyə Putin qeyd edib.