Qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs yaxalandı

# 12:23
20 yanvar 2022

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Ağdaş şəhər sakini ona məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, müraciətlə əlaqədar Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Məhəmməd Abbasov saxlanılıb. O, ifadəsində qaçırdığı nəqliyyat vasitəsini yaşadığı Mingəçevir şəhərində apardığını və orada ehtiyat hissələrini söküb, satmaq məqsədilə saxladığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR