Qadağan olunmuş ərazidə batma təhlükəsi olan 6 nəfər xilas edildi

# 13:21
27 iyun 2022

 

Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb. FHN-dən APA-ya verilən xəbərə görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər, o cümlədən sularda xilasetmə məntəqələrinin ərazisində, qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi olan 6 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR