Qadın ərini “Bakı gecələri”nin qarşısında bıçaqladı
Abşeron rayonu, Xırdalan şəhərində qadın ərini bıçaqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, gecə saat 00:40 radələrində “Bakı Gecələri” restoranının qarşısında Baxşıyeva həyat yoldaşı Babayevə bıçaqla ağır xəsarət yetirib. Ürək nahiyəsindən xəsarət alan kişi xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar sonra hadisənin ər və arvadı arasındakı pul mübahisəsinə görə baş verməsi müəyyən edilib.
Baxşıyeva saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.
DİGƏR XƏBƏRLƏR

İsveçrə parlamenti Ukraynaya silah tədarükünü blokladı

Mustafa Şentop səlahiyyətlərini Dövlət Baxçalıya təhvil verib

Şirvanda yolu qazıb su çəkirlər, sonra da üstünü açıq qoyub gedirlər
