Qadın sevgilisinin arvadının boğazını kəsdi
Rusiyanın paytaxtı Moskvada qətl hadisəsi olub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, şəhər sakini olan rusiyalı qadın sevgilisinin arvadının boğazını kəsib.
Məlumata görə, eyni kişinin qanuni arvadı və məşuqəsi iyunun 16-na keçən gecə Xersonskaya küçəsində yerləşən yaşayış binasının girişində üz-üzə gəliblər. Görüş qalmaqala, daha sonra isə bıçaqlanma ilə nəticələnən cinayətə çevrilib. Əlbəyaxa dava zamanı məşuqə rəqibinin boynuna bıçaqla zərbə endirib və hadisə yerindən qaçıb. Daha sonra evinə gedən qadın polis tərəfindən saxlanılıb.
Zərərçəkmiş digər qadın isə aldığı yaralardan dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR

Əhmədlidə 8 qumbara tapıldı

Türkiyədən İrandakı səfirliyimizə hücuma ilk reaksiya

Bərdə sakinin üzərindən “Naqan” çıxdı
