Qanunsuz ov edən qonşular iş başında yaxalandı

# 12:02
25 yanvar 2022

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı  gecə saatlarında Qullar kəndi ərazisində  qanunsuz ov edən  iki nəfər saxlanılıb.

APA TV- nin  məlumata görə,  müvafiq araşdırma aparılması üçün şöbəyə gətirilən həmin şəxslərin  Qullar kənd sakinləri, Əhmədullah İsmayılov və qonşusu Ceyhun Rəhimov olduğu müəyyən edilib. Onlardan tüfəng, digər ov alətləri və üzərilərində daşıdıqları çantadan ovladıqları çöl quşları aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Vüqar Heydərov,   Əhməd Fərruxoğlu,  Balakən

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR