“Qarabağ” “Ferensvaroş”la üz-üzə

# 12:16
3 avqust 2022

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirəcək.

 

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxacaq.

 

Qurban Qurbanovun yetirmələri Macarıstan çempionu “Ferensvaroş”u qəbul edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da keçiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR