Qarabağ qazilərinə 67 milyon manat verildi
“1992-1997-ci illərdə müharibə zamanı xəsarət almış, lakin sonradan reabilitasiya ilə əlilliyi aradan qaldırılmış şəxslərə, eləcə də əgər həmin şəxs vəfat edibsə, onların vərəsələrinə də birdəfəlik ödəmələr veriləcək. Birdəfəlik ödəmələrlə bağlı 67 milyon manata yaxın vəsait 11 minədək şəxsin hesabına köçürülüb. I Qarabağ müharibəsi dövründə xəsarət alan, vaxtilə bir neçə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə birdəfəlik ödəmənin hansı qaydada veriləcək. I Qarabağ müharibəsi əlillərinə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək”.