“Qarabağda işğala, zülmə son qoyuldu” - VƏTƏN MÜHARİBƏSİ EMİNE KAVASOĞLUNUN GÖZÜ İLƏ

# 17:28
26 oktyabr 2021

Onlar da 44 günlük Vətən müharibəsinin şərəfli parçasına çevrildilər. Söhbət Vətən müharibəsi zamanı bizimlə birgə qələmini süngüyə çevirən türkiyəli jurnalistlərdən gedir.

 

APA TV xəbər verir ki, bu jurnalistlərdən biri, “A-Haber” televiziyasının əməkdaşı Emine Kavasoğlu Azərbaycanda dəfələrlə olub, amma Qarabağa ilk dəfə Vətən müharibəsi vaxtı gedib: “Çox önəmli, ağır və yaddaqalan anlara şahid olduq. Azərbaycan xalqının yaşadığı o məşəqqətli günləri yaxından izləyirdik. Digər tərəfdən Qarabağın kənd-kənd, qəsəbə-qəsəbə, rayon-rayon işğaldan azad edilməsinə şahidlik etmək, əlbəttə, bir jurnalist kimi mənim üçün çox önəmli idi. Xüsusilə bizim nəsil Xocalıda Azərbaycan xalqının başına gələnləri, azərbaycanlıların nələr yaşadıqlarını televiziyalardan izləyib...”

 

Emine Kavasoğlu deyir ki, İkinci Qarabağ savaşı digərlərinə bənzəmirdi: “Bilə-bilə, göz görə-görə dinc insanlar öz evlərində Ermənistan tərəfindən qətlə yetirilirdi. Uşaq, gənc, qadın, qoca demədən insanları öldürürdülər. Hətta sizə deyim ki, mətbuat nümayəndələri də hədəfdə idi. Ermənistan Tərtəri atəşə tutarkən məlum olmuşdu ki, əslində məqsəd oradakı fabriki dağıtmaq olmayıb, həm də bu həqiqətləri dünyaya çatdırmağa çalışan jurnalistləri qətlə yetirmək olub. Bəs sonda nə baş verdi? Qarabağda işğala, zülmə son qoyuldu. Azərbaycan bayrağının Qarabağ torpağına sancılmasına şahidlik etmək şərəfli bir hiss idi”.

 

Vətən müharibəsində əldə olunan qələbə münasibəti ilə Azərbaycanı xalqını təbrik edən türkiyəli həmkarımız hər zaman qardaş türk xalqının yanımızda olduğunu, sevincimizə və kədərimizə şərik olduqlarını vurğulayıb.

 

 

Sevil Ünal

Sevinc Vaqifqızı

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR