Qarabağda ölümə meydan oxuyan səyyar xidmət

# 14:44
6 dekabr 2021

Fövqəladə Hallar Nazirliyinin tibb xidməti bölmələrinin həkim briqadaları işğaldan azad edilmiş ərazilərdə səyyar xidmət göstərməyə davam edir. Tibb personalı səyyar qaydada xidmət aparmasına baxmayaraq, ən müasir avadanlıqlarla təchiz edilmiş maşınların köməkliyi ilə istənilən yaralıya yerindəcə tibbi müdaxilə göstərə bilər.

“Avtomobilin təkcə fövqəladə hallar nazirliyinin xilasetmə qrupundan hər hansı birinin zərər çəkdiyi vaxt istifadəsi nəzərdə tutulur. Eyni zamanda ərazidə aparılan işlər zamanı əgər hər hansı bir yerli sakin və yaxud da işçi qrupundan bir nəfər minaya düşərsə, ilkin olaraq çağırışda bu avtomobillərdən istifadə olunur. Xəstəxanaya çatdırılması, ilkin tibbi yardımın göstərilməsi – hər biri bu avtomobildə həyata keçirilir.”

 

FHN-in mülki müdafiə qoşunlarının tibb məntəqə rəisi Vüqar Muxtarov bildirir ki, Hər hansı bir ərazidə ehtiyac olarsa onlar kömək etməyə tam hazırdırlar.

 

“Tibbi yardım göstərilməsi dedikdə bizdə ilkin təxirə salınmaz tibbi yardım göstərilir. Sonradan xəstəxanaya qədər olan ilkin tibbi yardım göstərilir və xəstəxanada artıq ağırlıq dərəcəsindən asılı olaraq cərrahlar tərəfindən müxtəlif yardımlar göstərilir. Amma yerində yardım üçün istənilən ağrıkəsici, hava, oksigen aparatı, bütün ləvazimatlarla təmin olunmuşuq. Avtomobilimiz müasir texnika ilə təmin olunub. Tam normal vəziyyətdədir şərait.”


Qeyd edək ki, bu günə qədər ümumilikdə 62 milyon 855 min 782 kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV – Ağdam

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR