“Qarabağ”ın oyunlarının vaxtı dəqiqləşdi

# 17:34
10 avqust 2022

 

Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb. APA TV xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR