Qarlı yolda AĞIR QƏZA: Ata öldü, oğlu yaralandı
Astara rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun dağlıq Motlayataq kəndində, Üləsi dağları ərazisində qeydə alınıb.
Motlayataq kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Hadisə nəticəsində sürücü yerindəcə keçinib. Avtomobildə olan sərnişin, sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-ya bildirib ki, dekabrın 5-də saat 9:30 radələrində Astara rayonunun Motlayataq kənd sakini Zakir Lələyev idarə etdiyi “Niva” markalı avtomobillə Asxanakəran kəndi ərazisində hərəkətdə olarkən qarlı yolda sərt döngədə idarəetməni itirib. Nəticədə avtomobil 25-30 metr dərəyə doğru aşaraq ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib, oğlu Ruslan Aydınzadə isə xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? APA TV

Şəmkirdə ağır qəza: minik və yük maşınları toqquşdu

Rusiya xarici işlər naziri Ermənistanı işğalçı adlandırdı
