Qarpızı yediyinə görə tülkünü öldürdülər

# 19:03
25 iyul 2022

 

Sosial şəbəkədə heyvana işgəncə verilməsi ilə bağlı daha bir videogörüntü yayılıb. APA xəbər verir ki, sosial şəbəkədə yayılan videoada bir nəfərin heyvanı döyərək bu hərəkəti videoya çəkdiyi yer alıb. Daxili İşlər Nazirliyi sosial şəbəkədə yayılan bu videogörüntüyə münasibət bildirib. Nazirliyin açıqladığı məlumatda qeyd edilib ki, heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma başlayıb. Bu barədə məlumat verən DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar: "Onlar hadisəni etiraf edərək peşman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR