"Qarşıdakı 2 il üçün ərzaq ehtiyatı yığın" - Tacikistan prezidentindən əhaliyə müraciət

# 17:11
1 aprel 2022

Tacikistan Prezidenti Emoməli Rəhmon vətəndaşları ərzaq ehtiyatı yığmağa çağırıb.

 

Prezident dünyadakı proseslərin iqtisadi və sosial böhrana səbəb olacağını bildirib.

 

O deyib ki, qarşıdakı il insanlıq üçün bütün sahələrdə və münasibətlərdə ağır və gərgin il olacaq. Xüsusən ərzaq təminatında ciddi çatışmazlıq gözlənilir.

"Biz gərək isti yaz və yay aylarının hər günündən səmərəli istifadə edib, bol məhsul üçün çalışmalı, kənd təsərrüfatını dirçəltməliyik. Əkin, biçin işlərini vaxtında, düzgün planlamalıyıq".

 

O insanları ən azı 2 illik ərzaq ehtiyatı yığmağa və qənaətli işlətməyə çağırıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR