Qaxda güclü yanğın

# 16:38
4 mart 2022

Qaxda pivə zavodunda yanğın baş verib.

APA TV-nin  məlumatına görə,  yanğın Qax şəhər ərazisində yerləşən, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Orxan İsmayılov məxsus pivə zavodunda baş verib. 

Yanğın zavodun qazanxanasında yerləşən və buxar alınması üçün lazım olan qurğuda baş verib. Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğının qazanxanaya bitişik və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, zavod bir ilə yaxındır fəaliyyətini dayandırıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR