Qaydaları pozan sürücü, piyada və velosipedçilər cərimələndi

# 15:28
14 aprel 2021

Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki küçə və prospektlərdə reyd keçirilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı əsasən piyada-keçid zolaqlarından düzgün istifadə etməyən, həmçinin nizamlanmayan yollarda piyadalara yol verməyən sürücülər, eləcə də, işıqforun qırmızı işığında yolu keçən piyadalar barəsində inzibati protokollar tərtib olunub.

Eyni zamanda, şəhər ərazisində dayanma-durma, parklanma qaydalarını pozan, nəqliyyat vasitələrini 2-ci cərgədə və piyada keçid zolaqlarının üzərində saxlayan sürücülər, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər barəsində də inzibati protokollar tərtib edilib.

Bundan başqa, yol hərəkəti qaydalarına riayət etməyən velosiped istifadəçiləri də cərimə ediliblər.

Ümumilikdə 36 sürücü, piyada və velosipedçi barəsində inzibati protokol tərtib olunub. Sürücülük hüquq olmadan avtomobil edən şəxslərin maşınları isə cərimə meydançasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR