Qaz sızması partlayışa səbəb oldu, 89 yaşlı qadın öldü - QƏBƏLƏDƏ
Qəbələ rayonunda partlayış baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb. Kənd sakini, 1932-ci il təvəllüdlü Sabirə Mahmudova yaşadığı fərdi evdə kustar üsulla quraşdırılan qaz sobasını yandırarkən ehtiyatsızlıq edib və qaz sızması səbəbindən partlayış olub.
Nəticədə Sabirə Mahmudova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, təcili olaraq Qəbələ Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, 89 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
DİGƏR XƏBƏRLƏR

Atanın ehtiyatsızlığı uşağın ölümünə səbəb oldu, ailə xəstəxanadan şikayətçidir - TƏFƏRRÜATLAR

21 ay qardaş ölkədə müalicə alan qazimiz vətənə döndü

İranda dəhşət: Çoxmərtəbəli bina çökdü, ölənlərin sayı dəqiq bilinmir
