Qaz xətlərinin yerdəyişməsi vətəndaşlara daha ucu başa gələcək - APA TV
”“Azəriqaz” İstehsalat Birliyi bu il noyabrın 1-nə qədər payız-qız mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulmuş təmir planını tam icra etməyi planlaşdırır”.
APA TV xəbər verir ki, bunu "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib. O qeyd edib ki, bu ay 2023-cü il üçün qazlaşma planı təsdiq olunacaq.
Bundan başqa, Ruslan Əliyev bildirib ki, qaz xətlərinin yerdəyişməsi, qapı keçidləri və bu tip məsələlərlə bağlı abonentlər “Azəriqaz” İstehsalat Birliyinə deyil, regionlar üzrə “ASAN xidmət”, Bakı şəhəri üzrə isə "ASAN Kommunal" mərkəzlərinə müraciət edəcəklər.
Həmçinin bu sahədə əvvəl 5-6 və yaxud 10 şirkət var idisə, indi bunların sayı 20-dən çoxdur. Bu da vətəndaşlar üçün imkan yaradır ki, daha çox podratçı təşkilatlarla danışıqlar aparıb, kim daha sərfəli, bu işi operativ və təhlükəsiz görürsə, onunla bu işi aparsın.
Beləliklə bundan sonra xətt dəyişmələri, qapı keçidləri məsələlərində qiymət azalmaları baş verəcək, çünki rəqabət artacaq.
Semral Cavad,
Ziya Allahyarov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb

Lənkəranda məktəblilərin həyatı təhlükə altındadır

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum - ölən var
