Qazaxıstana aksiyalarda nə qədər ziyan dəyib? - Fantastik rəqəmlər açıqlanır

# 15:41
7 yanvar 2022

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin bütün regionlarında konstitusion qaydaların bərpa olunduğunu bəyan edib. Prezident Antiterror Qərargahının yanvarın 7-də keçirilmiş iclasının yekunları ilə bağlı bildirib ki, yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir:

 

"Antiterror əməliyyatı başlayıb. Asayiş qüvvələri gərgin iş aparır. Konstitusion qayda əsasən, ölkənin bütün regionlarında bərpa olunub, yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Terrorçular hələ də silah tətbiq edir, vətəndaşların əmlakına ziyan vurur. Buna görə də antiterror aksiyalarını yaraqlılar tam məhv edilənədək davam etdirmək lazımdır”, - Prezident vurğulayıb.

 

İclasda daxili işlər və müdafiə naziri vəzifələrini icra edənlər, həmçinin Milli Təhlükəsizlik Komitəsinin sədri də çıxış edib:

 

“Güc strukturlarının rəhbərləri Prezidentə məruz edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı birləşmələrinin bölmələri Qazaxıstana gəlməyə başlayıb. Bu qüvvələr məhdud müddətə gəlib, onlar əsasən, strateji obyektlərin mühafizəsini yerinə yetirəcək”, - Prezidentin mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Qazaxıstana 2500 sülhməramlı göndəriləcəyini açıqlayıb. Zas əlavə edib ki, zərurət yaranacağı təqdirdə bu say artırıla bilər.

 

Qırğızıstan da KTMT-nin sülhməramlı missiyası çərçivəsində Qazaxıstana 150 hərbçi və bir neçə hərbi texnika göndərməyi planlaşdırır. Bunu parlamentdə çıxışında Qırğızıstan Nazirlər Kabinetinin rəhbərinin müavini Kamçıbek Taşiyev deyib. Bu gün keçirilən parlament iclasında iki deputatı Nurjigit Kadırbekov və Çingiz Aydarbekov qırğız hərbçilərinin Qazaxıstana göndərilməsinin əleyhinə olduqlarını bildiriblər.

Ümumi olaraq, Qazaxıstana Rusiyadadan 3 min, Belorusdan 300, Tacikistandan 200, Ermənistandan 70 silahlı göndərilməsi barədə məlumat yayılıb. KTMT komandanlığı elan edib ki, etirazları yatırdmaqda iştirak etməyəcəklər.

İğtişaşlar zamanı törədilən yanğında Qazaxıstan kinosunun "Qızıl fondu" məhv olub. Fondda Qazaxıstan kinematoqrafiya­sının şah əsərləri mühafizə olunurdu.

 

Qazaxıstan mətbuatı xəbər verir ki, Almatı şəhərindən başqa ölkə üzrə etiraz aksiyaları dayanıb. Bütün şəhərlərdə küçələrə təhlükəsizlik qüvvələri nəzarət edir. Altamatıda "antiterror əməliyyatları" davam edir. Etirazçılar xəstəxanalara gedən küçələri nəzarət altına alıblar. Aktau şəhərində etirazçılar "Tələblərimiz qarşılandı, Nazar­bayev getdi, biz qazandıq və aksiyalar başa çatdı" -deyərək evlərinə dönüblər.  Rəsmi məlumata görə, Qazaxıstandakı etiraz aksiyaları zamanı ölən əsgər və polis sayı 18-ə çatıb, etirazçılardan neçə nəfərin öldüyü hələ ki, açıqlanmır. Yaralı etirazçı sayı isə artıq 1400-ə çatır. İğtişaşlar nəticəsində zərər çəkmiş pərakəndə satış şəbəkələrinə dəyən ilkin məbləğ açıqlanıb. Hökumət rəsmilərinin verdiyi məlumata görə, ümumi zərər 37 milyard tengedən (86 milyon dollardan çox) çoxdur. Almatı, Taldıkorqan, Uralsk və Çimkənddə iri ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satış şəbəkələrinin mağazaları qarət edilib. Şəhər mərkəzlərində polis blok-postları qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR