Qazi və veteranlar Xaçmaza göndərildi

# 11:16
22 iyun 2022

26 iyun – Silahlı Qüvvələr günü münasibətilə 44 günlük Vətən müharibəsində iştirak etmiş və Bakı şəhərindən olan 44 nəfər qazi və veteranın Xaçmaz rayonunun Nabran kəndində istirahətləri təşkil edilib.

 

22-27 iyun tarixlərini əhatə edəcək səfər Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçirilir və qazilər artıq Bakıdan Xaçmaza yola salınıb:

 

Vətən müharibəsi  qaziləri və veteranların günlük istirahətlərinin səmərəli keçirmələri üçün mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və digər oyunlar da təşkil olunacaq:

 

Qeyd edək ki, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə səfərdə iştirak edən qazi və veteranlar Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə də mükafatlandırılacaq.

 

AYTƏN SAKİTQIZI,

ZİYA ALLAHYAROV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR