Qazilərimiz Selçuk Bayraktarla görüşdülər
"YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qaziləri “Baykar Savunma” şirkətinə məxsus olan istehsal fabrikində olublar. Qazilərimiz şirkətin istehsal sahəsində "TB2", "TB3", "Akıncı" kimi PUA-larla tanış olublar.
Görüş “ASAN xidmət”in sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində təşkil edilib.
Fonddan APA TV-yə verilən xəbərə görə, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar qonaqlara şirkətin yaradılması tarixi, fəaliyyət istiqamətləri və gələcək prioritetlərə dair təqdimat edib, müxtəlif istiqamətlərdə müzakirələr aparılıb.
Qazilərə şirkət tərəfindən hazırlanan, Vətən müharibəsində qazanılan parlaq qələbəyə həsr olunan marka və "Akıncı" PUA-nın maketi təqdim olunub.
Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən ümumilikdə 156 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 111-i ölkəyə qayıdıb. Hazırda 45 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.
DİGƏR XƏBƏRLƏR

Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi

Avropada yaşayan azərbaycanlılar Brüsseldə İrana qarşı etiraz aksiyasi keçirir

Ordumuz ermənilərin səngər qazmasının qarşısını aldı
