Qəbələ sakini çöl donuzu ovladı, saxlanıldı

# 13:13
7 fevral 2023

Qəbələdə qanunsuz ov edən şəxs müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Vahid Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə birgə saxlanılaraq şöbəyə gətirilib. Nəqliyyat vasitəsinə baxış keçirilərkən ovlanmış çöl donuzu aşkar edilib, Vahid Qurbanovun özündən isə müvafiq sənədləri olmayan tüfəng götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR