Qəbələdə baş vermiş avtomobil qəzasında 20 nəfər xəsarət alıb
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş vermiş avtomobil qəzasında 20 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.
Xəsarət alanlar Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.
Onlardan birinin xəsarəti yüngül olduğundan ilkin yardım göstərilərək evə buraxılıb. Qalan 19 nəfərə tibbi yardım göstərilməsi davam etdirilir. Onlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Vəziyyəti ağır olanların Bakıdakı xəstəxanalara göndəriləcəyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
