Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü
Nefçala rayonunda qəbiristanlıqdan qayıdan şəxs qəfil vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Mirzəqurbanlı kəndində baş verib.
Kənd sakini Bilal Quliyev bayramla əlaqədar qəbiristanlığa gedərək həyat yoldaşının məzarını ziyarət edib. Geri qayıdarkən həmkəndlisi Ramiz Mustafayev onun qarşısını kəsib və barmağındakı üzüyü verməsini tələb edib. Bundan sonra B.Quliyev isterik şok vəziyyətində rayon xəstəxanasına müraciət edib. O, həmkəndlisi R.Mustafayevin ağacla ona zədbələr endirdiyini bildirib. Lakin müayinə zamanı B.Quliyevin bədənində xəsarət izləri aşkar edilməyib.
Xəstəxanadan evə qayıdan şəxs gecə saatlarında qəfil vəfat edib.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törədən Ramiz Mustafayevin ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
