Qəbul imtahanları ilə bağlı yenilik - 1 dəqiqə 10 xəbər 14:00 buraxılışı
2022-ci ildə yaşayış minimumunun həddi 205 manat, ehtiyac meyarının həddi 200 manat götürülür
“Türkiyə azad edilmiş ərazilərin bərpasında iştirakdan qürur duyur”. Rəcəb Tayyib Ərdoğan belə deyib.
“İran sağlam düşüncə ilə hərəkət edərsə, Azərbaycanla arasında heç bir problem yaşanmaz”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bu ilin yanvarında sınaq imtahanları keçiriləcək
Növbəti qəbul imtahanlarında yeni region bölgüləri və işğaldan azad olunan ərazilərin tarixi haqqında suallar olacaq.
Nizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası buraxılıb
Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib
Qazax sakinlərində narkotik və silah aşkar edilib
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Rusiyada son sutka ərzində daha 36 582 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.