Qışlaqda çobanların yaşadığı ev yanıb
Oğuzda qışlaqda çobanların yaşadığı ev yanıb.
APA TV-nin məlumatına görə, yanğın rayonun Bucaq kənd inzibati ərazisinin Calğalıq adlanan sahəsindəki qışlaqda baş verib. Rayon sakini Eyvaz Osmanovun istifadəsində olan mal tövləsinə bitişik tikilən ev içindəki şəxsi əşyalarla birlikdə yanıb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Evə bitişik mal tövləsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.