Qohumuna pul verib polisə yalan məlumat verdi

# 12:41
5 yanvar 2022

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA TV-nin cənub bürosuna verilən məlumata görə, Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, Ənvər Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR