Qohumunun evindən qızıl və pul oğurlayan şəxs tutuldu

# 10:56
28 dekabr 2021

Oğuz şəhəri, “Gənclik” küçəsində yerləşən fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də pulun oğurlanması barədə polisə müraciət daxil olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin rayonun Şirvanlı kənd sakini, zərərçəkmişin qohumu Ramazan Məmmədzadə olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Ramazan Məmmədzadə ifadəsində əməlini etiraf edib, qızılları oğurladıqdan sonra Bakı şəhərinə getdiyini və orada satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR