Qoyun oğruları belə tutuldu - XÜSUSİ ƏMƏLİYYAT

# 13:50
17 iyun 2022

“VAZ 2107” ilə qoyun oğurlayan Lənkəran sakinləri saxlanılıb.

APA TV-nin cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki ferma və otlaq sahələrindən qoyun oğurlamaqda şübhəli bilinən Göyşaban kənd sakinləri Rövşən Rzayev və Emil Ağazadə yaxalanıblar.

İlkin araşdırma zamanı məlum olub ki, Emil Ağazadə və Rövşən Rzayev ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 15 baş qoyunu oğurlayıb sonuncunun idarə etdiyi “VAZ 2107” markalı avtomobilə qoyaraq aparıblar. Müxtəlif şəxslərə satdıqları həmin heyvanların bir qismi aşkarlanaraq sahiblərinə təhvil verilib.

Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı Rövşən Rzayevin üzərindən heroin də aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır. 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR