Qubada da Türkiyəyə yardım kampaniyaları keçirilir
Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı Qubada yardım kampaniyaları keçirilir.
Yardım kampaniyası Qubanın Cümə məscidində təşkil olunub.
Quba sakinləri zəlzələdən zərərçəkənlərə qış paltarları, gödəkcə, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator, uşaq bezləri, təmizlik vasitələri və başqa ehtiyac duyulan məhsullar göndərib.
Bu gün 3 yük maşını paytaxta yola salınıb. Kampaniyanın davam edəcəyi bildirilib.
DİGƏR XƏBƏRLƏR

Ermənistan hava məkanını İran PUA-larına niyə açır?

Zakir Həsənov yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıq verdi

Ermənistanda hərbçilər arasında atışma: ölən var
