Qubada sahibsiz itlər üçün sığınacaq istifadəyə verilib
Bu gün Qubada sahibsiz itlər üçün sığınacaq istifadəyə verilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, "Sadiq dost" sığınacağı Quba Rayon İcra Hakimiyyətinin, Quba Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı, eləcə də bir neçə digər təşkilatın köməkliyi ilə yaradılıb.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, İsrail dövlətinin missiya rəhbərinin müavini, Müvəqqəti İşlər Vəkili Doron Peer və Azərbaycan Heyvanların Mühafizəsi İctimai birliyinin sədr müavini Fərid Mansurov iştirak edib. Onlar sığınacaqda yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, sığınacaqda sahibsiz itlərin saxlanması, onlara diqqət və qayğının göstərilməsi üçün hər cür şərait yaradılıb.