Qurban Qurbanov: “Həmişə prezidentlə görüş bizi daha da qürurlandırır”

# 20:06
13 dekabr 2021

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsindən sonra brifinq keçirib.

APA TV-nin məlumatına görə, təcrübəli mütəxəssis tədbirin ardından jurnalistlərin suallarını cavablandırıb.

- Ölkə başçısı İlham Əliyevlə görüşünüz necə alındı?


- Komandamız adından ölkə başçısına təşəkkür edirəm. Bizə böyük dəyər verir.

Həmişə onunla görüş bizi daha da qürurlandırır. Hakimliklə bağlı yenə etirazını bildirdi. Bütün xırdalıqları bilir, oyunları izləyir. Çox dəyərli görüş oldu. Belə görüşlər bizim işimizi daha da məsuliyyətli edir. Çünki Prezidentimiz oyunlarımızın hamısını izləyir.

- Rüstəm Əhmədzadəni seçməyinizdə nə rol oynadı?


- Hər zaman gənc oyunçulara üstünlük vermişik. Rüstəmi də gətirmək imkanımız oldu, dəyərləndirdik. Düzdür, hələlik klubu ilə razılıq olunub. Özü ilə danışıqlar davam edir. Özündən çox şey asılı olacaq. Amma bununla kifayətlənmirik. Axtarışlarımız davam edir.

- Başqa transfer gözlənilir?


- Bəli, gözlənilir. Yaydan bəri danışıq apardığımız oyunçular var. Alınsa, onları da komandaya cəlb edəcəyik.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR