Qusarda Zəfər forumu keçirildi - APA TV

# 20:03
25 oktyabr 2022

Qusarda Zəfər forumu keçirilib

Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 25-də Qusar rayonu olub.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının iştirakı ilə keçirilən Zəfər forumu Qusar rayon Mədəniyyət Mərkəzində təşkil olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub. Tədbirdə çıxış edənlər bütün xalqımız kimi qusarlıların da həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb.

Qeyd edək ki, tədbir çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsi də həyata keçirilir. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər. Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.

Qeyd edək ki, növbəti forumlar Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

Vəli Turan, Rizvan Hacıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR