Quyudan meyiti tapılan Məryəmin öldürüldüyü məlum oldu - TUTULAN VAR

# 18:36
1 fevral 2022

Dünən Bakıda 10 metr dərinlikdə olan quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.

 

O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun Məryəm Hüseynlinin qonşusu olduğu bildirilir.

 

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR