Rayonlarımızda şəhidlərin xatirəsi anıldı

# 14:18
27 sentyabr 2022

Bu gün rayonlarımızda şəhidlərin əziz xatirəsi yad edilib.

 

APA TV xəbər verir ki, Şirvanda küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

 

Şəhidlərin əziz xatirəsi Lənkəranda da yad edilib. Ümumrayon  tədbiri yenidən qurulan Şəhidlər Xatirə Kompleksində keçirilib. Anım tədbirində rayon icra strukturları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid valideynləri və qazilər iştirak edib. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib. Şəhidlər Abidə kompleksinin qarşısına tər gül – çiçək dəstələri düzülüb. Ruhlarına dualar oxunub.

 

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

 

Əlibəy Zeynallı, Elçin Həsənov, İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR