Regionda əməkdaşlıq imkanları müzakirə edildi

# 18:20
1 noyabr 2021

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qarabağ zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” adlı konfrans keçirilib.

 

APA TV xəbər verir ki, konfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, tədbirin əsas məqsədi regionda geosiyasi vəziyyətlə bağlı, eyni zamanda daxili siyasətdə alternativ fikirləri müzakirə etməkdir: “Bizə verilən tapşırığa əsasən, Cənubi Qafqazda vəziyyəti müzakirə etməli, müvafiq tövsiyələr verməli, eyni zamanda Dövlətin xarici siyasətini təşviq etməliyik.

 

Bakı Slavyan Universitetinin icraçı rektoru Anar Nağıyev isə Zəfər ilində dəyişilmiş geosiyasi düzənin, yeni reallıqlar haqda müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırıb: “Hər birimiz üçün bəllidir ki, son 10 illə bu günün mənzərəsi tamamilə fərqlidir. Bu baxımından belə müzakirələrin təşkili ciddi təhlillərin aparılması çox vacibdir”.

 

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev bildirib ki, 44 günlük İkinci Qarabağ savaşı müddətində olduğu kimi, indi də Azərbaycan hücum diplomatiyasını aparmaqdadır. Şuşa bəyannaməsinin vacibliyindən də danışan Politoloq onu da bildirib ki, bu addım hərbi qələbəmizin diplomatik bəzəyidir.

 

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Ləman Qarayeva Azərbaycanın xarici siyasətində Türkiyənin dəstəyi, eyni zamanda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin üstünlüyü ilə bağlı çıxış edib.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov isə Rəsmi Bakının Xarici siyasətində Qərblə münasibətlərə yenidən baxılmasının vacib olduğunu diqqətə çatdırıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR