Rövnəq Abdullayevin vəzifəsini kim icra edəcək?

# 17:01
10 fevral 2022

Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

 

APA TV-nin xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

 

Prezidentin digər Sərəncamı ilə Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

 

Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin ““Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imazlayıb.

 

Dəyişikliyə əsasən, Dövlət Neft Şirkətinin bir deyil, artıq iki birinci vitse-prezidenti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR