Rusiya Ukraynada “Kinjal”ları işə saldı - İlk dəfə

# 13:38
19 mart 2022

Rusiya ordusu ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edərək Ukrayna silah anbarını vurub.

 

APA TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov məlumat verib.

 

“Martın 18-də “Kinjal” aviasiya-raket sistemi İvano-Frankovsk vilayətinin Delyatin yaşayış məntəqəsindəki Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının olduğu böyük yeraltı anbarını dağıdıb”, - deyə Konaşenkov bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR