Rusiya Ukraynada nələr itirib?

# 16:23
26 fevral 2022

Rusiyanın itkiləri Kremlin ümid və ya etiraf etdiyindən daha ağır və böyükdür.

 

APA TV-nin xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

 

Bildirilib ki, Rusiya hələ də Ukrayna hava məkanına nəzarəti ələ keçirə bilməyib və bu onun Hərbi Hava Qüvvələrinin effektivliyini əhəmiyyətli dərəcədə azaldır.

 

Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri ölkə boyunca güclü müqaviməti davam etdirir.

 

Əlavə olunub ki, Rusiya qüvvələrinin böyük hissəsinin Kiyevə doğru hərəkəti davam etdirilib və onlar şəhər mərkəzindən 30 km məsafədədir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR