Rusiyada kömür şaxtasında uçqun baş verib

# 12:51
24 mart 2022

Rusiyanın Kuzbas kömür hövzəsindəki “Osinnikov” şaxtasında uçqun və qaz ayrılması baş verib.

 

APA TV xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, səhər saat 4 radələrində “Osinnikov” şaxtasında uçqun və qaz ayrılması baş verib. Lakin partlayış və yanğın qeydə alınmayıb. 73 şaxtaçı yer səthinə çıxarılıb. 300-dən çox adamın təxliyəsi davam edir.

 

Rusiyanın fövqəladə hallar xidmətindən verilən məlumata görə, şaxtada 1 nəfər dağıntılar altında qalıb. Hazırda şaxtaçının axtarışları davam edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR