Rusiyanın işi çətinləşir - UKRAYNAYA YENİ SİLAHLAR VERİLDİ
Amerika Birləşmiş Ştatları Ukraynaya 1400-dən çox hava hücumundan müdafiə sistemi, 5000-dən çox “Javelin” tank əleyhinə raket kompleksi və yüzlərlə “Switchblade” mərmiləri tədarük edib.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Sənəddə deyilir ki, mart ayında ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş iki hərbi yardım paketini nəzərdə tutan bütün tank əleyhinə və hava hücumundan müdafiə sistemləri çatdırılıb.
Qeyd olunur ki, fevralın 24-dən ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi 1,7 milyard dollar, 2021-ci ilin yanvarından isə 2,4 milyard dollar həcmində qiymətləndirilir.
Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki bildirmişdi ki, Ukrayna qüvvələri ABŞ və müttəfiqlərinin köməyi sayəsində hər bir rus tankı üçün 90 tank əleyhinə sistemə malikdir.
DİGƏR XƏBƏRLƏR

Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

Azərbaycanda hamilə qəfil ÖLDÜ: Doğuşa saatlar qalmışdı

Zaqatalada əməliyyat: HƏYƏTİNDƏ NARKOTİK BECƏRƏN ŞƏXS SAXLANILDI
