Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında partlayış - 20-DƏK ÖLÜ VAR
Rusiyanın Əfqanıstandakı səfirliyinin yaxınlığında partlayış olub.
Partlayış Kabilin Darul Salam rayonunda baş verib.
Partlayış nəticəsində iki rusiyalı - bir diplomat və səfirliyin mühafizəçisi yaralanıb
Hadisə zamanı 15-20-yə yaxın şəxsin öldüyü bildirilir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə RİA Novosti-yə mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, hadisə rusiyalı diplomatın viza üçün növbədə olan insanların yanına getdiyi zaman baş verib.
Reuters-in polisə istinadən verdiyi xəbərə görə, kamikadze binaya yaxınlaşmağa çalışsa da, o, mühafizəçi tərəfindən öldürülüb.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
