Ruslan Əliyev: “47 manat dəyəri olan sayğaclar 500 manata təklif olunur”

# 15:10
17 dekabr 2021

“47 manat dəyəri olan qaz sayğaclarına görə, bir sıra Mənzil-Tikinti Kooperativləri tərəfindən mənzil sahiblərindən 500 manat istəməsi qeyri-qanunidir”.

 

APA TV-nin məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyində keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı qurumun baş direktoru Ruslan Əliyev bildirib. O, bəzi MTK-ların qeyri-qanuni olaraq qaz sayğaclarına görə müəyyən ödənişlərin tələb edilməsinə aydınlıq gətirib. Bildirib ki, bu ilin iyul ayından etibarən çoxmərtəbəli evlərin də qazlaşdırılması zamanı sayğacların quraşdırılmasına görə heç bir ödəniş alınmır: “İyul ayının 1-dən etibarən MTK-lara qeyri yaşayış binalarına texniki şərt ödənişsizdir. Ona görə də, vətəndaşdan hər hansı məbləğin istənməsi də qeyri-qanunidir. Vətəndaşlar elə bilirlər ki həmin MTK-lar binanın sahibidir”.

 

Ruslan Əliyevin sözlərinə görə, gələn il 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutub. O, qeyd edib ki, gələn il "Azəriqaz" xüsusi sim-kartlarla təmin edilmiş smart tipli sayğaclarının quraşdırılmasını da həyata keçirəcək. Sim-kartlarla təmin edilmiş sayğaclar məlumatların uzaqdan oxunuşunu, qaz təminatının dayandırılmasını, əvvəlcədən ödəniş və digər funksiyalarını həyata keçirməyə imkan verəcək.

 

Qeyd edək ki, “Açıq qapı” aksiyası “facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanıb. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılıb.

 

Nərmin Murad,

Ziya Allahyarov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR