Ruslar oğurladıqları merləri öldürüb - Zelenski
Rusiyalı işğalçılar oğurladıqları merlərin bəzilərini öldürüb.
APA TV-nin məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Şəhərlərimizin merlərini oğurlayırlar, bəzilərini öldürüblər. Bəzilərini də tapa bilmirik”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, işğalçılar bəzi şəhərlərin merlərini dəyişib.
Qeyd edək ki, bundan öncə Ukrayna 14 şəhərin merlərinin oğurlandığını bildirmişdi.