Sabah 42 dərəcə isti olacaq

# 12:40
16 avqust 2022

Avqustun 17-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq, Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR