Sabah duman görünüş məsafəsini məhdudlaşdıracaq
Yanvarın 25-nə avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, yanvar ayının 25-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Göyçay-Ucar, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Ucar-Zərdab-Ağcabədi, Hacıqabul-Şirvan, Şuşa-Füzuli, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Həmçinin dağlıq rayonlarda bəzi yolların buz bağlayacağı ehtimalı var.
DİGƏR XƏBƏRLƏR

Arazın suyu həm azalıb, həm bulanıb - APA TV addım-addım Arazın izi ilə

Burada bitən ağacları başqa yerə köçürəndə ya bitmir, ya da görkəmini dəyişir

Günün məzənnəsi - 01.04.2023
