Sabah şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

# 13:40
12 aprel 2021

Sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə gecə və səhər duman olacaq, mülayim şimal küləyi əsəcək. 

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-19, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR